Ən çox bankçılıq mükafatını ABB qazandı!

Baş səhifə

Bakı. Trend:

ABB 2025-ci ildəki fəaliyyətinə görə Azərbaycan Banklar
Assosiasiyasının (ABA) 8 mükafatına layiq görülüb. Bank bu
nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb:

“Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”,
“Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə
layihələri”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı
dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə
əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA
üzvü”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Beynəlxalq
əməkdaşlığın inkişafında fərqlənən bank”.

Bu, eyni bankın fərqli nominasiyalar üzrə qazandığı ən çox sayda
bankçılıq mükafatıdır.

2025-ci ildə ABB rəqəmsal ödənişlər sahəsində mühüm innovativ
layihələr həyata keçirib. O cümlədən tətbiq etdiyi süni intellekt
modellərinin sayını 176-a çatdırıb. Səsli süni intellekt
köməkçilərini bütün müştərilərin istifadəsinə verib. Məhsul və
xidmətlərin rəqəmsallaşdırılması sayəsində bank əməliyyatlarının
90%-nin kağızsızlaşdırılmasına nail olub.

ABB 2025-ci ildə real sektora dəstəyini daha da gücləndirib. O
cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik
sahibkarlara geniş imkanlar yaradan ABB Biz tətbiqini yeni
funksionallıqlarla daha da inkişaf etdirib.




İl ərzində ABB əhalinin maliyyə savadlılığı, xüsusilə
kibertəhlükəsizlik sahəsində məlumatlılıq səviyyəsinin artırılması
üçün geniş kampaniyalar həyata keçirib.

Bank 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirib.
Beynəlxalq İqtisadi Forum (Davos Forumu) da daxil olmaqla bir çox
beynəlxalq qurumlarla tərəfaşlıq əlaqələrini gücləndirib. Getdikcə
artan qlobal nüfuzunun göstəricisi kimi, ABB ötən il Masreqbank-ın
təşkilatçılığı ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük
Britaniyaya aid 12 maliyyə institutundan 200 000 000 dollarlıq
sindikatlaşdırılmış kredit cəlb edib.

ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana,
ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək
layihələrini də il ərzində uğurla davam etdirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.