
Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ilk oyununa bu gün çıxacaq.
“Report”un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
Görüşün baş hakimi gürcüstanlı Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni erenada Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


