
Bakı. Trend:
Sabah Ramazan ayının 26-cı günüdür.
Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 16-da Bakıda imsak saat 05:25-də, iftar
isə saat 19:03-dədir.
Ramazan ayının 26-cı gününün duası:
“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və
əməli fihi məqbula. Və eybi fihi məstura. Ya
əsməəs-samiin”.
Tərcüməsi:
“İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı
bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan
yaxşı eşidən Allah!”
Allah orucunuzu qəbul etsin!


