“Lockheed Martin” “PrSM” ballistik raketinin yeni versiyasını sınaqdan keçirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Lockheed Martin” şirkəti “Precision Strike Missile”
(PrSM) ballistik raketinin yeni versiyasının ilk uçuş sınaqlarını
keçirib.

Trend xəbər verir
ki, “Increment 2” modifikasiyası hərəkət edən gəmiləri vurmaq
qabiliyyətinə malik olacaq.




Rusiyanın S-400 zenit-raket sistemlərinin “məhvedicisi”
adlandırılan “PrSM” raketinin yeni versiyası martın 12-də sınaqdan
keçirilib. Raket sınaq zamanı 350 kilometr məsafə qət edib.

Məlumata görə, raket “M142 HIMARS” buraxılış qurğusundan
buraxılıb. Sınaq atəşi zamanı tərtibatçılar hərəkət edən dəniz və
quru hədəflərini izləməyə imkan verən sistemi də yoxlayıblar.