Suriya Livanla sərhəddəki keçid məntəqəsini bağlayıb

Baş səhifə
Suriya Livanla sərhəddəki keçid məntəqəsini bağlayıb

Suriya İsrail tərəfindən aviazərbə təhlükəsinə görə Livanla sərhəddəki “Ceydət-Yabus” keçid məntəqəsini bağlayıb.

“Report” Yaxın Şərq KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın Quru və Dəniz Limanları İdarəsi məlumat yayıb.

Məlumata görə, Suriya hökuməti İsrailin bu sərhəd keçid məntəqəsinə mümkün hava hücumundan ehtiyat edir.

Bununla yanaşı, qeyd edilir ki, sərhəd keçid məntəqəsi Livanı tərk edən Suriya vətəndaşları üçün açıq qalır.