
Bakı. Trend:
“Al Nəsr” hücumçusu Kriştiano Ronaldonun zədə aldığını
açıqlayıb.
Trend xəbər verir ki, 41
yaşlı Portuqaliya millisinin forvardı Səudiyyə Ərəbistanı
çempionatının 24-cü turunda “Al Fayha” ilə oyunda (3:1) narahatlıq
səbəbindən 81-ci dəqiqədə əvəzlənmişdi.
Bu gün klub Ronaldonun bud nahiyəsinin arxa səthində zədə
aldığını bildirib. Futbolçu artıq bərpa prosesinə başlayıb və
vəziyyəti gündəlik olaraq qiymətləndiriləcək.
Ronaldu bu mövsüm liqada 22 matçda 21 qol vurub.


