Ramazanın 10-cu gününün duası – İftar və imsak vaxtları

Baş səhifə

Bakı. Trend:

Sabah Ramazan ayının 10-cu günüdür.

Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, fevralın 28-də Bakıda imsak saat 05:52 , iftar
isə saat 18:44-dədir.

Ramazan ayının 10-cu gününün duası:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni
fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk.
Biihsanikə ya ğayətət-talibin”.




Tərcüməsi:

“İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində
feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar
ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

Allah orucunuzu qəbul etsin!