Yaxın günlərdə yeni təmirdən çıxmış Plastik və Rekonstruktiv Cərahiyyə klinikasının açılışı olacaq.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Ana harayı” abidəsini ziyarəti edərkən jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ölkədə plastik-estetik-rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb:
“Topçubaşov adına elmi cərahhiyyə mərkəzində tam kadrlı şöbə yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Digəri isə Əziz Əliyev adına Həkimləri Təkminləşdirmə İnstitutunun klinik bazası olan plastik-rekonstruktiv cərrahi klinika əsaslı təmir olunub. Yaxın günlərdə açılışı olacaq”.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

