
Bakı. Trend:
2026-cı ildə ABŞ istehsalı olan Abrams M1A2 SEPv3 tanklarının
ilk partiyası Polşaya çatıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, barədə Polşa Müdafiə Nazirliyi yanında
Silahlanma Agentliyi məlumat verib.
Məlumata əsasən, ümumilikdə 29 tank təhvil alınıb. Texnika
Poznandakı WZMOT hərbi zavodunda əlavə sazlama və uyğunlaşdırma
işlərindən keçəcək, bundan sonra isə Polşa Silahlı Qüvvələrinin
silahlanmasına veriləcək.
Hazırda Polşa ordusunun silahlanmasında əvvəlki versiyalardan
olan 116 ədəd “Abrams” tankı mövcuddur, eyni zamanda yeni
modifikasiyalı tankların tədarükü davam edir. Ümumilikdə Polşa
Silahlı Qüvvələrinin silahlanmasına 250 ədəd “Abrams M1A2 SEPv3”
tankının qəbul edilməsi planlaşdırılır.
“Abrams M1A2 SEPv3” modeli kompozit zirehin tətbiqi,
təkmilləşdirilmiş atəş idarəetmə sistemləri, qəlpəli-fuqas
mərmilərdən atəş açmaq imkanı və bir sıra digər yeniliklərlə
fərqlənir.

