
Gürcüstan hökuməti İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında ölkəni təmsil edən idmançılara medal qazandıqlarına görə pul mükafatı ödəyəcək.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Yay Olimpiya Oyunlarında olduğu kimi, idmançılar qızıl medal qazandıqları üçün 1 milyon lari (təxminən 371,7 min dollar), gümüş medal qazandıqları üçün 500 min lari (təxminən 185,9 min dollar) və bürünc medal qazandıqları üçün 300 min lari (təxminən 111,5 min dollar) mükafat alacaqlar.
Gürcüstan komandası Olimpiadada 8 idmançı ilə təmsil olunur.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


