Bakı. Trend:
Amerikanın “FOX Sports” telekanalı portuqaliyalı hücumçu
Kriştiano Ronaldonun “Əl-Nəsr”in oyunlarını boykot etməsi fonunda
Səudiyyə Ərəbistanı futbol çempionatının matçlarının yayımını
dayandırmaq barədə qərar qəbul edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, bu qərarla əlaqədar liqa artıq qlobal media və
kommersiya layihələri ilə bağlı 2,4 milyard dollar məbləğində
zərərə məruz qalıb. Qeyd olunur ki, “FOX Sports” Səudiyyə
Ərəbistanı çempionatının işıqlandırılmasından imtina edən ilk iri
beynəlxalq telekanal olub.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”in son iki oyununu buraxıb.
Bundan əvvəl Portuqaliyanın “A Bola” qəzeti futbolçunun oyunu
boykot edə biləcəyi barədə məlumat vermişdi. Mənbənin məlumatına
görə, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun
klubu idarə etmə tərzindən narazıdır (xüsusilə də eyni qurumun
idarə etdiyi rəqib komandalarla müqayisədə). Hücumçu hesab edir ki,
komanda cari transfer pəncərəsində heyəti kifayət qədər
gücləndirməyib.

