
Gəncə İdman Sarayında keçirilən U-20 Azərbaycan çempionatının ilk günündə 5 çəki dərəcəsində finalçılar müəyyənləşib.
“Report” Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində həlledici mərhələyə vəsiqə qazanan güləşçilərin adına aydınlıq gəlib.
55 kq
Nicat İsgəndərli (Sumqayıt, “Neftçi”) – Emin Cavadlı (AHİTA)
63 kq
Tural Əhmədov (AHİTA) – Əmrah Əmrahov (Masallı)
72 kq
Yusif Əhmədli (DİN, Sabirabad) – Kamran Rəcəbli (“Neftçi”)
82 kq
Nicat Yeylaqaliyev (Abşeron, DİN) – Zaur Hüseynli (Abşeron)
97 kq
Mahir Qurbanlı (“Neftçi”) – Rihad İbrahimli (Sumqayıt, “Neftçi”)
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


