
Bakı. Trend:
İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə
alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Madiun şəhərindən 55 km
cənub-qərbdə olub. Təkanların ocağı 138 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami
təhlükəsi elan edilməyib.


