“Fənərbağça” səfərdə üç xal qazanıb – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.

Trend-in
məlumatına görə, çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Alanyaspor”un qonağı olub.




Gərgin və maraqlı keçən görüş İstanbul təmsilçisinin 3:2 hesablı
qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 42-yə çatdıran “Fənərbağça” ikinci
pillədə qərarlaşıb. Turnir cədvəlinə 43 xalla “Qalatasaray”
başçılıq edir.