“Real” Portuqaliya millisinin üzvünü istəyir

Baş səhifə

Bakı. Trend:

“Real” qış “transfer pəncərəsi” zamanı Vitinyanı transfer etməyi
planlaşdırır.

Trend “AS” nəşrinə
istinadən xəbər verir ki, Madrid təmsilçisi PSJ-nin 25 yaşlı
yarımmüdafiəçisi üçün danışıqlara başlayıb.

Fransa nəhənginin bu keçidə hansı cavabı verəcəyi hələ ki dəqiq
deyil.




Qeyd edək ki, Portuqaliya millisinin üzvünün PSJ ilə müqavilə
müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Vitinya “Porto” və “Vulverhempton” klublarının da üzvü olub.