“Visa” Azərbaycanda nəqliyyat sektorunda nağdsız hesablaşmanın genişləndirilməsinə hazırdır – regional menecer (ÖZƏL MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

“Visa” korporasiyası Azərbaycanın başqa şəhərlərində də gediş
haqqının nağdsız ödənişinin tətbiqi üçün tərəfdaşlarlar əməkdaşlığa
açıqdır.

Bunu Trend
verdiyi özəl müsahibədə “Visa”nın Azərbaycandakı baş direktoru və
regional meneceri Nurlan Hacıyev bildirib.

Azərbaycanın ödəniş bazarının dinamikası

Baş direktor bildirib ki, Azərbaycanın rəqəmsal iqtisadiyyatı
inamla inkişaf edir: Mərkəzi Bankın məlumatlarına görə, bu gün
ödənişlərin 67 faizi, tranzaksiyaların isə 91 faizi nağdsız formada
həyata keçirilir.

“Visa”nın statistikası da bu dinamikanı təsdiqləyir. 2025-ci
ilin sonunda ölkədə Visa kartlarının sayı özünəməxsus rekorda
çataraq əhalinin sayını ötmüşdür. Bu isə nağdsız ödənişlərin, o
cümlədən “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən
tokenləşdirilmiş tranzaksiyaların populyarlığının artdığını
göstərir.

“Visa”nın statistikası da bu dinamikanı təsdiqləyir. 2025-ci
ilin sonunda ölkədə Visa kartlarının sayı özünəməxsus rekorda
çataraq əhalinin sayını ötmüşdür. Bu isə nağdsız ödənişlərin, o
cümlədən “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən
tokenləşdirilmiş tranzaksiyaların populyarlığının artdığını
göstərir”,- deyə o bildirib.

N. Hacıyev vurğulayıb ki, alışlardan keşbek və digər bonuslar
əldə etməyə imkan verib“Visa Rewards” kart sahiblərinin sayı iki
dəfədən çox artıb.

“Ödənişlərin həcminə gəldikdə isə burada da yüksək artım
templəri müşahidə olunur: “Visa Signature” üzrə əməliyyatların
həcmi faktiki olaraq iki dəfə artmış, “Visa Rewards” və “Visa
Infinite” kartları üzrə isə 1,5 dəfədən çox artım qeydə
alınmışdır.

Bu rəqəmlər göstərir ki, tələbkar istifadəçilər üçün artıq
kartların baza funksiyaları kifayət etmir. Tələb getdikcə əlavə
üstünlüklərə – Visa tərəfdaşlarının xüsusi təkliflərinə, səyahət
imtiyazlarına və fərdiləşdirilmiş xidmətlərə doğru yönəlir”,-deyə o
əlavə edib.

Nəqliyyatda nağdsız hesablaşmaların inkişafı
barədə

“Nəqliyyatda nağdsız hesablaşmalar bizim xüsusi qürur
mənbəyimizdir. Azərbaycan gediş haqqının ödənilməsi üzrə ən müasir
modelləri tətbiq edən ölkələr sırasına daxildir.

2025-ci ilin noyabrında Visa-nın dəstəyi ilə Bakı metrosunda və
avtobuslarda, həmçinin Gəncə şəhərinin avtobuslarında təmassız
ödəniş sistemi istifadəyə verilmişdir. Ödənişi həm kartla, həm də
“Apple Pay” və “Google Pay” vasitəsilə etmək olar — smartfonu və ya
saat, yaxud ödəniş üzüyü kimi digər qadcetləri terminala
yaxınlaşdırmaq kifayətdir. Bütün tərəfdaşların – Azərbaycan Mərkəzi
Bankı, Kapital Bank, BakıKart və Payriff-in səyləri sayəsində yüz
minlərlə azərbaycanlı hər gün gediş haqqını sadə, təhlükəsiz və
əlavə çətinlik çəkmədən ödəyə bilməsi üçün bu layihə
reallaşdırılmışdır”,- deyə “Visa” regional meneceri bildirib.

O vurğulayıb ki, şirkət ölkədə nəqliyyat sahəsində hesablaşma
ilə bağlı həllərin inkişaf etdirilməsi istiqamətində sistemli
fəaliyyəti davam etdirir.

“Hələ 2021–2022-ci illərdə Azərbaycan Dəmir Yolları, Azərbaycan
Beynəlxalq Bankı və Mərkəzi Bank ilə birlikdə Bakı–Sumqayıt
marşrutu üzrə bütün 14 dəmir yolu stansiyasında təmassız ödəniş
sistemini tətbiq etmişik, həmçinin Şərqi və Cənub-Şərqi Avropa,
Mərkəzi Asiya və Qafqaz regionunda ilk dəfə olaraq innovativ
“Mobility & Transit Transaction” (MTT) modelini təqdim etmişik. Bu
texnologiya 24 saat ərzində bütün gedişləri bir tranzaksiyada
birləşdirir. Təcrübədə bu, əgər şəxs gün ərzində bir neçə gediş
edirsə və ya marşrutda məsafədən asılı olaraq çevik tariflər, yaxud
müəyyən kateqoriyalı sərnişinlər üçün güzəştlər müəyyən edilibsə,
ödənişin sistem tərəfindən birdəfəlik silinməsinə imkan verir — həm
rahat, həm də şəffafdır,”-deyə N. Hacıyev bildirib.

O bildirib ki, şirkət Azərbaycan sakinlərinin ölkənin istənilən
regionunda gediş haqqını rahat və maneəsiz şəkildə ödəyə bilmələri
üçün digər şəhərlərdə də nağdsız ödənişlərin tətbiqi məqsədilə
tərəfdaşlarla əməkdaşlığa açıqdır.

Azərbaycanda elektron ticarətin inkişafı üçün “Visa”
həlləri

N.Hacıyevin sözlərinə görə, “E-commerce” ən perspektivli
seqmentlərdən biridir və bizim məqsədimiz onlayn alış-verişi
maksimum dərəcədə rahat və təhlükəsiz etməkdir.

Elektron ticarətdə Visa kartları ilə aparılan əməliyyatların
təhlükəsizliyini “Visa Token Service” tokenləşdirmə texnologiyası
təmin edir. Bu texnologiya tranzaksiya prosesi zamanı kartın real
məlumatlarını unikal rəqəmsal identifikatorla – tokenlə əvəz etməyə
imkan verir; beləliklə, hətta həmin token kənar şəxslərin əlinə
düşsə belə, ondan istifadə etmək qeyri-mümkündür.

Həmçinin bizdə tokenləşdirmə əsasında işləyən və elektron
ticarətin rahatlığını yeni səviyyəyə çatdıran “Click to Pay”
texnologiyası mövcuddur. Adətən internet-mağazalarda ödəniş edərkən
hər dəfə kartın nömrəsini, istifadə müddətini və CVV kodunu daxil
etmək tələb olunur. “Click to Pay” ilə bu məlumatlar yalnız bir
dəfə daxil edilir və tokenləşdirilmiş formada təhlükəsiz yaddaşda
saxlanılır; növbəti alış-veriş zamanı isə bu xidmətin nişanı olan
dünyanın istənilən ticarət platformasında ödəniş bir kliklə baş
tutur. Bu, həm daha sürətli və təhlükəsizdir, həm də məlumatların
əllə daxil edilməsi zamanı yaranan səhvləri aradan qaldırır”,-deyə
regional menecer bildirib.

O diqqətə çatdırıb ki, “Click to Pay” ilə vəhdətdə çalışan “Visa
Passkey” texnologiyası — barmaq izinin skan edilməsi və ya üzün
tanınması vasitəsilə istifadəçinin şəxsiyyətini təsdiqləməyə və
onlayn ödənişə icazə verməyə imkan yaradan biometrik
autentifikasiya xidmətidir.

“Bu gün biometriya tranzaksiyaların qorunmasının ən etibarlı
üsullarından birinə çevrilir: o, parolları və birdəfəlik kodları
əvəz edərək ödəniş prosesini eyni zamanda həm daha rahat, həm də
daha təhlükəsiz edir. Azərbaycanda biz “BirMarket, “Bakcell”, “Wolt”, “Bolt”, “Trendyol”, “189 taxi” və “Yığım” daxil olmaqla,
tərəfdaşlarımızla birlikdə “Apple Pay” və “Google Pay” vasitəsilə
elektron ticarətdə ödəniş zamanı tokenləşdirməni istifadəyə
vermişik. Əslində bu, mobil ödənişlərin rahatlığının
internet-mağazalara daşınmasıdır. Bu həllər Azərbaycanda rəqəmsal
ticarətin inkişafını sürətləndirir və istifadəçi təcrübəsini
əhəmiyyətli dərəcədə yaxşılaşdırır”

“Visa”nın Azərbaycandakı komandasının istiqamətləri
barədə

“İlk növbədə, yeni ofisin açılması Azərbaycanın Visa üçün
strateji əhəmiyyətli bazar olduğunu vurğulayır. Yeni ofis və
genişlənmiş komanda bizə tərəfdaşlarımızla birlikdə Azərbaycanda
layihələri daha sürətlə həyata keçirməyə imkan verir. Hazırda Bakı
filialında biznesin inkişafı, konsaltinq, məhsullar, marketinq və
bir çox digər istiqamətlər üzrə mütəxəssislər çalışır. Bununla
belə, ofis yalnız Azərbaycan üçün fəaliyyət göstərmir: komandanın
bir hissəsi ölkə xaricindəki layihələrə cavabdehdir. Bu fəaliyyət
həm Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa daxil olmaqla
subregionun 17 ölkəsini, həm də bütövlükdə Mərkəzi və Şərqi Avropa,
Yaxın Şərq və Afrika regionlarını əhatə edir. Bu, Bakının Visa-nın
strateji ofislərindən biri kimi rolunu daha da gücləndirir.

Strateji baxımdan yanaşsaq, bu, ölkənin uzunmüddətli iqtisadi
artımına yatırılan investisiyadır. Ödəniş infrastrukturunun
inkişafı üçün azərbaycanlı iştirakçılarla daha sıx əməkdaşlıq
etməklə, biz istifadəçilər üçün rəqəmsal hesablaşmaların
rahatlığını və təhlükəsizliyini artırır, biznes proseslərini
optimallaşdırmağa, dövlətə isə rəqəmsal iqtisadiyyatı inkişaf
etdirməyə kömək edirik”,- deyə o bildirib.

Şirkətin yaxın illər üçün nəzərdə tutulan strategiyası
barədə




N.Hacıyev bildirib ki, “Visa”nın 2030-cu ilə qədər olan
strategiyası üç əsas istiqaməti əhatə edir:

“Birincisi – istehlakçı ödənişləri ilə bağlı imkanların
artırılması. Bura hər şey daxildir: mağazalarda ödənişlər, onlayn
alış-verişlər, nəqliyyatda gediş haqqının ödənilməsi. Biz hər bir
Visa kart sahibinin gündəlik yolunun maneəsiz olması üzərində
çalışırıq: işə gedərkən avtobusda gediş haqqının təmassız
ödənilməsindən tutmuş, nahar fasiləsində kofe alınmasına və axşam
asudə vaxtda onlayn alış-verişə qədər.

İkinci istiqamət – yeni ödəniş axınlarının inkişafıdır. Söhbət
şirkətlər, dövlət və vətəndaşlar arasındakı əməliyyatların və digər
sahələrin rəqəmsallaşdırılmasından gedir. Visa kiçik biznesdən
tutmuş dövlət strukturlarına qədər bütün seqmentlərlə aktiv şəkildə
işləyərək ödəniş proseslərinin sürətləndirilməsinə və
avtomatlaşdırılmasına kömək edir.

Və nəhayət, strategiyamızın üçüncü “sütunu” əlavə servis və
xidmətlərdir. Bura fırıldaqçılığın qarşısının alınması alətləri,
analitika, tərəfdaşlarımıza səmərəliliyi və rəqabət qabiliyyətini
artırmağa kömək etmək üçün təqdim etdiyimiz marketinq və konsaltinq
xidmətləri daxildir”, -deyə o vurğulayıb.

Regional menecer vurğulayıb ki, bütün bu istiqamətlər
Azərbaycanda da aktiv şəkildə həyata keçirilir.

Məsələn, əlavə xidmətlər çərçivəsində bizim konsaltinq bölməmiz
böyük verilənlərdən (big data) istifadə edə, konkret seqmentlərdə
ümumi, o cümlədən davranış tendensiyalarını öyrənə və məhsulların
təkmilləşdirilməsi üçün tövsiyələr verə bilər. Azərbaycandakı bir
çox tərəfdaşlarımız artıq bu yanaşmanın effektivliyinə əmin ola
bilmişlər”,-deyə o bildirib.

Hacıyevin sözlərinə görə, şirkət üçün mühüm istiqamətlərdən biri
də Azərbaycanda böyük tələbat olan premium kart məhsullarının
inkişaf etdirilməsidir. Premium müştərilər üçün ən çox tələbat olan
üstünlük səyahət imtiyazları olaraq qalır.

“Biz Visa premium kart sahiblərinə Bakı hava limanına və geriyə
transfer xidməti, eləcə də Azərbaycandan uçuşların populyar
istiqamətləri olan Antalya, Alanya, İstanbul, Əbu-Dabi və Dubayda
analoji servis təqdim edirik və bu coğrafiyanı genişləndirməyi
planlaşdırırıq.

Bundan əlavə, premium kart sahibləri üçün dünyanın 1200-dən çox
hava limanında biznes-zallar, pulsuz internet-rouminq, nəzarətdən
sürətli keçid üçün “Fast Line” xidməti və digər VİP xidmətlər,
endirimlər və bonuslar əlçatandır. Gələcəkdə biz bu seqmenti
səyahətlər və gündəlik həyat üçün yeni imtiyazlarla
zənginləşdirərək inkişaf etdirməyə davam edəcəyik”,-deyə o
vurğulayıb.

Agent ticarətinin inkişafı barədə

N.Hacıyev vurğulayıb ki, agent ticarəti — ticarətin təkamülündə
yeni bir mərhələdir; bunu oflayn alış-verişdən onlayn alış-verişə,
daha sonra isə mobil ticarətə keçidlə müqayisə etmək olar. Hazırda
biz rəqəmsal agentlərin süni intellekt əsasında insanlara
alış-veriş etməkdə kömək edəcəyi yeni bir dövrün
astanasındayıq.

“Hazırda biz rəqəmsal agentlərin süni intellekt əsasında
insanlara alış-veriş etməkdə kömək edəcəyi yeni bir dövrün
astanasındayıq.

Bu gələcəyin əsasını “Visa”nın 2025-ci ilin aprelində elan
etdiyi “Visa Intelligent Commerce” təşəbbüsü təşkil edir. Biz
qlobal VisaNet şəbəkəmizi istifadəçini rutin işlərdən azad edərək
onun adından fəaliyyət göstərə bilən “ağıllı” alış-veriş
köməkçiləri hazırlayan dünyanın aparıcı süni intellekt
platformaları üçün açmışıq.

Bu necə işləyəcək? Təsəvvür edin ki, sizə yeni sviter lazımdır.
Sİ-agent (süni intellekt agenti) sizin ölçülərinizi, rəng və
material seçimlərinizi bilir, malları müqayisə edir, optimal
təklifi axtarıb tapır, sifarişi və çatdırılmanı rəsmiləşdirir,
həmçinin hər şeyi Visa kartı ilə ödəyir. Sizə yalnız alışı
təsdiqləmək qalır. Bütün proses şəffaf, təhlükəsiz və tamamilə
sizin nəzarətinizdədir”,- deyə o bildirib.

Regional menecerin sözlərinə görə, oktyabr ayında şirkət
“Trusted Agent Protocol”u — ticarət platformaları və
Sİ-agentlərinin düzgün qarşılıqlı əlaqə qurmasına imkan verən
qaydalar və tələblər toplusunu təqdim edib. Bu, yaxın illərdə
azərbaycanlıların da yararlana biləcəyi gələcəyin agent ticarətinin
yaradılması yolunda mühüm bir addımdır.

“Bu, yaxın illərdə azərbaycanlıların da yararlana biləcəyi
gələcəyin agent ticarətinin yaradılması yolunda mühüm bir
addımdır.

Və sözsüz ki, süni intellekt ticarətinin gələcəyi etibarlı və
rahat ödəniş bünövrəsi olmadan mümkün deyil. Məhz buna görə də
“Click to Pay” və “Visa Passkey” həlləri burada əsas rol oynayacaq:
“Click to Pay” kart məlumatlarını daxil etmədən ödəniş etməyə
şərait yaradır, “Visa Passkey” isə biometriya vasitəsilə
əməliyyatın dərhal təsdiqlənməsini təmin edir”,-deyə o
bildirib.

2026-cı ilə olan gözləntilər

N.Hacıyev bildirib ki, şirkət istehlakçı ödənişlərindən tutmuş
elektron ticarətə və nəqliyyatda nağdsız ödənişlərə qədər bütün
seqmentlərdə rəqəmsal iqtisadiyyatın dayanıqlı artımını
gözləyir.

“Bazar daha rəqəmsal, rahat və istifadəçi yönümlü olacaq, Visa
isə yeni texnologiyalar tətbiq etməyə, məhsul və xidmətləri inkişaf
etdirməyə, yeni kanal və istiqamətlər açmağa davam edərək
tokenləşdirmə əsasında təhlükəsiz, rahat və innovativ ödəniş
ekosistemini genişləndirəcək”

Regional menecer qey edib ki, “Visa” üçün xüsusi prioritet –
fırıldaqçılıqla mübarizədir.

Son beş il ərzində Visa bütün dünyada təhlükəsizlik
texnologiyalarının inkişafına 13 milyard dollardan çox investisiya
yatırmışdır. Bu investisiyalar sayəsində 2025-ci ildə elektron
ticarətdə bloklanan fırıldaqçı tranzaksiyaların sayı əvvəlki illə
müqayisədə demək olar ki, iki dəfə artmışdır və ekosistemimizdə
fırıldaqçılıq səviyyəsi 8% azalmışdır. Həmçinin, “Visa Scam
Disruption” qlobal bölməsinin fəaliyyət göstərdiyi bir il ərzində
biz 25 000-dən çox maliyyə sxemini ifşa etməyə və 1 milyard
dollardan çox məbləğdə fırıldaqçılıq cəhdinin qarşısını almağa nail
olmuşuq .

Təhlükələri aşkar etmək üçün real vaxt rejimində davranış
analizindən istifadə edən “Featurespace” platforması, habelə
elektron ticarətin müdafiəsi üzrə aparıcı həllərdən biri olan
“Cybersource” kimi qabaqcıl texnologiyaları inkişaf etdirməklə bu
istiqaməti daha da gücləndirəcəyik. Bununla yanaşı,
tranzaksiyaların daha yüksək səviyyədə qorunmasını, daha mükəmməl
ödəniş təcrübəsini və müştərilərimizlə tərəfdaşlarımız üçün
fərdiləşdirilmiş həlləri təmin etmək məqsədilə ödəniş və ticarət
sahəsində süni intellektin tətbiqini genişləndirəcəyik.

Biz əminik ki, Azərbaycan nağdsız gələcəyə doğru yolda bundan
sonra da səmərəli nəticələr nümayiş etdirəcək və bu tərəqqinin bir
hissəsi olmaq bizim üçün böyük şərəfdir,”- deyə regional menecer
yekunlaşdırıb.