“Neftçi”nin Misir klubu ilə oyununun vaxtı və yeri müəyyənləşib

Baş səhifə
Neftçinin Misir klubu ilə oyununun vaxtı və yeri müəyyənləşib

“Neftçi”nin Əbu-Dabi toplanışında keçirəcəyi ikinci yoxlama oyununun vaxtı və yeri müəyyənləşib.

Klubdan “Report”a verilən məlumata görə, yanvarın 13-də həm yerli, həm də Bakı vaxtı ilə saat 18:00-da start götürəcək “Piramids”lə (Misir) görüş “Məhəmməd bin Zayed” stadionunda baş tutacaq.

Qeyd edək ki, ilk sınaq matçında “Kayrat”a (Qazaxıstan) 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə üz-üzə gələcək.