Böyük Britaniyada “Goretti” fırtınası nəqliyyatda ciddi çətinliklər yaradacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk fırtınası olan “Goretti” Böyük Britaniyada
qarlı hava və buzlanma ilə müşayiət olunaraq nəqliyyatda ciddi
çətinliklər yaradacaq.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, fırtınanın ən güclü təsirinin Fransada hiss
olunacağı bildirilsə də, Britaniyada da hava şəraitinin kəskin
pisləşəcəyi gözlənilir. Şimali İrlandiya da daxil olmaqla Böyük
Britaniyanın böyük hissəsində buzlanma ilə bağlı sarı xəbərdarlıq
qüvvədədir. Arktik hava kütləsinin təsiri nəticəsində London və
ətraf bölgələrdə də qış yağıntıları müşahidə olunur.

Rəsmi qurumlar sürücülərə və sərnişinlərə ehtiyatlı olmağı,
səyahət planlarını öncədən yoxlamağı tövsiyə ediblər.