
Özəl helikopter ABŞ-nin Arizona ştatının Finiks şəhəri yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb.
“Report”un xəbərinə görə, bu barədə “ABC News” məlumat yayıb.
Hadisə yerli vaxtla təxminən saat 11:00-da baş verib. Təyyarədə dörd nəfər olub, lakin onların aqibəti məlum deyil.
Təcili yardım xidmətləri hadisə yerinə çatmağa çalışır.
Hadisəni Nəqliyyatda Təhlükəsizlik Milli Şurası araşdıracaq.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


