Maqnus Karlsen rapid üzrə dünya çempionatının qalibi olub

Baş səhifə

Bakı. Trend:

Norveçli şahmatçı, qrossmeyster Maqnus Karlsen Qətərin paytaxtı
Doha şəhərində keçirilən rapid üzrə dünya çempionatının qalibi
olub.

Trend xəbər verir
ki, Maqnus Karlsen 13 raundda 10.5 xal toplayaraq turniri birinci
pillədə başa vurub. Rusiyalı qrossmeyster Vladislav Artyomov 9.5
xalla ikinci yeri tutub.




Qeyd edək ki, bu qələbə Maqnus Karlsenin rapid üzrə dünya
çempionatlarında altıncı tituludur. Norveçli qrossmeyster bundan
əvvəl 2014, 2015, 2019, 2022 və 2023-cü illərdə də dünya çempionu
olub.