Britaniya polisi keçmiş şahzadə Endryuya görə FTB-yə müraciət edəcək

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Surrey qraflığı polisi Kral III Çarlzın
qardaşı Endryu Mauntbatten-Vindzorun uşaq istismarı ilə bağlı
məclislərdə mümkün iştirakı ilə bağlı məlumat almaq üçün ABŞ
Federal Təhqiqat Bürosuna (FTB) müraciət edəcək.

Trend-in məlumatına görə, bu barədə “The Times” qəzeti xəbər
verib.




Məlumata əsasən, muraciətə səbəb İngiltərədə törədilmiş Endryu
ilə əlaqəli olduğu iddia edilən cinayətlərdən bəhs edən amerikalı
maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin dərc olunması
olub.

“Bu cinayətlərlə bağlı məlumatlar Surrey Polisinə bildirildiyi
barədə heç bir dəlil tapmadıq. Buna görə də, senzura edilmiş
məlumatlara çıxış əldə etmək üçün kənar qurumlara müraciət
edəcəyik”, – deyə Britaniya polisinin açıqlamasında bildirilib.