
Bakı. Trend:
Sosial mediada kouçların yaydığı “Kainatdan istəmək” anlayışı da
dini xurafatdır.
Trend xəbər
verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat
fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru,
dosent Asəf Qənbərov bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda
keçirilən konfransda “Dini fanatizm, xurafat və radikalizmlə
mübarizədə məktəbin maarifləndirici missiyası” adlı panel
müzakirəsində bildirib.
Onun sözlərinə görə, şagirdin iddiaları ağıl süzgəcindən
keçirtməsiniini hədəfləmək lazımdır:
“Prioritet əzbər bilik yox, dini ideyaları kontekst, məna və
arqument baxımdan təhlil etməkdir. İnsanlara analitik düşünməyi
aşılamaq lazımdır. Bugünkü humanizmi, insanpərvərliyi dini
dəyərlərlə birlikdə tətbiq etməyi bacarmaq lazımdır”.

