Suriyada atışma zamanı Suriya təhlükəsizlik qüvvələri və ABŞ hərbçiləri yaralanıb

Baş səhifə

Bakı. Trend:

Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira
şəhəri yaxınlığında baş verən atışma nəticəsində iki Suriya
təhlükəsizlik qüvvəsi əməkdaşı və bir neçə ABŞ hərbçisi
yaralanıb.

Trend xəbər verir
ki, bu barədə SANA agentliyi məlumat yayıb.




Məlumata görə, silahlı şəxs birgə patrul xidməti zamanı
əsgərlərə atəş açıb. Hücum edən şəxs dərhal zərərsizləşdirilərək
öldürülüb. Onun motivləri ilə bağlı hələlik heç bir məlumat
açıqlanmayıb.

Hadisə ilə əlaqədar Deyr əz-Zor–Dəməşq magistral yolunda
nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə yerinə
cəlb olunan Amerika helikopterləri yaralıları Dəməşqdən təxminən
250 kilometr məsafədə yerləşən Ət-Tanf şəhəri yaxınlığındakı ABŞ və
koalisiya hərbi bazasına təxliyə edib.