
Naxçıvanda dəm qazından 20-dən çox şəxs zəhərlənib
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Kültəpə kəndində yas mərasimində baş verib.
İlkin məlumata görə 20-dən çox şəxs zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


