Azərbaycanda neft bitumu və neft koksu üzrə istehsal həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 225,6 min ton neft
bitumu istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 12,1 min ton və ya 5,1% azdır. Ötən ilin ilk 11 ayında
ölkədə 237,7 min ton neft bitumu istehsal edilmişdi.

Bu ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 6,6 min
ton təşkil edib.




Bununla yanaşı, 2025-ci ilin yanvar-noyabr aylarında
Azərbaycanda 218,6 min ton neft koksu istehsal edilib ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 44,8 min ton və ya 25,8%
çoxdur. Ötən ilin müvafiq dövründə ölkədə 173,8 min ton neft koksu
istehsal edilmişdi.

Cari ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 41,9
min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz
artıb.