ABŞ aeroportlarında idman meydançaları və oyun zonalarının yaradılmasına 1 milyard dollar xərclənəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyası hava limanlarında sərnişinlərə göstərilən
xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün 1 milyard dollar
xərcləmək niyyətindədir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Hökumət vəzifəli şəxslər, həmçinin, ölkənin hava qovşaqlarında
sərnişinlərin keçirdiyi vaxtı sağlamlıq baxımından daha faydalı
etməyi planlaşdırırlar




Müvafiq təşəbbüsü ABŞ-nin səhiyyə və sosial xidmətlər naziri
Robert Kennedi (Jr) və nəqliyyat naziri Şon Daffi bəyan
ediblər.

Nazirlər Vaşinqtondakı Ronald Reyqan adına milli hava limanına
baş çəkiblər və “bir az hərəkətin az hərəkətli səyahətləri daha
faydalı edə biləcəyini” şəxsi nümunə ilə göstəriblər. Kennedi və
Daffi hava limanında quraşdırılmış turnikdə bir neçə dəfə dartınma
hərəkətləri ediblər.

Qəzet məlumat verib ki, hava limanlarında xidmət keyfiyyətinin
artırılması proqramı idman meydançalarının yaradılmasını, uşaqlar
üçün oyun zonalarının genişləndirilməsini və körpələrin ana südü
ilə qidalandırılması üçün xüsusi kabinələrin sayının artırılmasını
nəzərdə tutur.