
Bakı. Trend:
Tailandın cənubunda leysan yağışların ardından baş verən
daşqınlar nəticəsində həlak olanların sayı 80 nəfərə yüksəlib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, təbii fəlakət qurbanları Sonqhla əyalətinin
sakinləridir.
Daşqın fəsadlarının aradan qaldırılması və əhaliyə humanitar
yardımın göstərilməsi üzrə tədbirlərə Tailandın hərbi dəniz
qüvvələrinin şəxsi heyəti səfərbər olunub. Son rəqəmlərə görə,
daşqınlar ümumilikdə 2 milyona yaxın insana zərər vurub.
Xatırladaq ki, bazar ertəsi Sonqhla əyalətinin inzibati orqanı
160 minə yaxın insanın yaşadığı Hatyay şəhərində əhalinin kütləvi
təxliyəsini elan edib.


