Dəhşətli yanğında 44 nəfər ölüb, 279 nəfər itkin düşüb

Baş səhifə

Honkonqun şimalındakı Vanq Fuk Kort yaşayış kompleksində baş verən böyük yanğın nəticəsində 44 nəfər ölüb, 279 nəfər isə itkin düşüb.

Modern.az xəbər verir ki, BBC-nin məlumatına görə, Honkonq hakimiyyəti yanğınla əlaqədar adam öldürmə şübhəsi ilə üç nəfərin həbs olunduğunu da açıqlayıb.

Polisin açıqlamasında təfərrüatlar verilməyib və hakimiyyət orqanları daha sonra brifinq keçirəcəyinə söz verib.

Çoxmərtəbəli yaşayış kompleksinin səkkiz binasından yeddisini əhatə edən yanğın davam edir və 700-dən çox yanğınsöndürən onu söndürmək üçün çalışır.

Yanğının səbəbi məlum deyil; yanğın kompleksdə təmir işləri aparılarkən baş verib.