Əlilliyi olan şəxslərə daha 111 min reabilitasiya vasitəsi verilib

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə
111 min reabilitasiya vasitəsi verilib.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.

Bildirilib ki, onlardan 6,1 mini təkərli oturacaq (o cümlədən
170-i mühərrikli təkərli oturacaq), 2,1 mini aşağı və yuxarı ətraf
protezi, 5,4 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.




Həmçinin əlilliyi olan şəxslərə 9,1 min cüt protez və yarım cüt
ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 467 korset və s.
reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 10 ayında əlilliyi olan 12 min şəxs reabilitasiya
vasitələri ilə təmin edilib.