
Ordubadda bədbəxt hadisə nəticəsində qadın boğularaq ölüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə zamanı Dizə kənd sakini, 1964-cü il təvəllüdlü Ələkbərova Leyla Filman qızı dünyasını dəyişib.
Belə ki, 61 yaşlı qadın hovuza düşüb və boğularaq dünyasını dəyişib.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.


