Bakı. Trend:
Ukraynada “Enerqoatom” milli şirkətinin “Atomenerqomaş”
filialının baş direktor müavini iri məbləğdə rüşvət almaqda şübhəli
bilinərək saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə ölkənin Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu
(XAP) məlumat yayıb.
Hələlik saxlanılan şübhəlinin kimliyi istintaq sirri olaraq
gizli saxlanılır.
XAP-ın məlumatına görə, vəzifəli şəxs podratçı özəl şirkətin
nümayəndəsindən görülmüş işlərə görə ödənişlərin vaxtında həyata
keçirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə
maneələrin yaradılmaması üçün iri məbləğdə pul tələb edib.
Tələb olunan məbləğ ödənilən işlərin dəyərinin 10-15 faizini
təşkil edib ki, bu da ümumilikdə 6,6 milyon qrivnadan (təxminən
266,594.00 AZN) çox olmalı idi. İstintaq müəyyən edib ki, 2025-ci
ilin iyun-noyabr ayları ərzində o, bu vəsaitin bir hissəsini – 40,2
min dolları alıb.
Hazırda istintaq davam edir.

