NTD amerikalı basketbolçunun müqaviləsinə xitam verib

Baş səhifə
NTD amerikalı basketbolçunun müqaviləsinə xitam verib

NTD basketbol klubu Ladarius Marşalla yolları ayırıb.

“Report” xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, L.Marşal komandaya cari mövsümün əvvəlində qoşulmuşdu.