
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “İnci Kredo Kredit İttifaqı” MMC-nin lisenziyası ləğv olunub.
“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb.
Xatırladaq ki, “İnci Kredo Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,5 min manatdır. Kredit ittifaqı Bakıda fəaliyyət göstərib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


