Gürcüstan 121 xarici vətəndaşı ölkədən deportasiya edib

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya departamentinin
əməkdaşları 2025-ci ilin oktyabr ayında ölkəda mövcuq miqrasiya
qanunvericiliyini pozan 121 xarici vətəndaşı deportasiya
ediblər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə adıçəkilən qurumun mətbuat
xidməti məlumat yayıb.




Məlumata görə, Gürcüstandan qovulan şəxslər Banqladeş, Misir,
Hindistan, İran, İraq, İordaniya, Fil Dişi Sahili, Livan, Mərakeş,
Nigeriya, Pakistan, Rumıniya, Rusiya , Türkiyə , Filippin, çad və
digər ölkələrin vətəndaşları olub, onların ölkəyə girişi qadağan
edilib.

Ümumilikdə 2025-ci ilin son 9 ayı ərzində ölkədən 850-dən çox
qanunsuz miqrant deport olunub ki, bu da 2022, 2023 və 2024 illərlə
müqayisədə ən yüksək göstəricidir.