
Bakı. Trend:
Amerikalı sahibkar və milyarder Elon Mask tarixdə ilk dəfə $500
milyard sərvətə sahib olan insana çevrilib.
Trend bu barədə
xarici KİV-lərə istinadən xəbər verir.
Maskın sərvəti bu yaxınlarda $500 milyarda qədər artmış, sonra
isə bir qədər azalararaq $499,1 milyarda düşmüşdür. Bu, “Tesla”
şirkətinin səhmlərinin təxminən 14 faiz bahalaşmasından sonra baş
verib ki, bu da şirkətin 12%-inə sahib olan Maskın sərvətini
əhəmiyyətli dərəcədə artırıb.
Mask həmçinin, “SpaceX” və “xAI” kimi kosmik və texnologiya
nəhənglərinin iri pay sahibdir ki, bu da sahibkara illik yaxşı
gəlir gətirir.
Qeyd edək ki, sentyabrın əvvəlində “Forbes” jurnalı dünyanın və
ABŞ-ın ən varlı insanların siyahısını təqdim edib. Bu siyahıda ilk
yeri dördüncü il ardıcıl olaraq “Tesla” və “SpaceX”in təsisçisi
Elon Mask tutur.


