Arxeoloqlar Türkiyədə 1600 il tarixi olan şərab evi aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin cənub-şərqində aparılan arxeoloji qazıntılar azaman
alimlər təxminən 1600 il əvvəl inşa olunduğu güman edilən və yaxşı
qorunub saxlanmış qədim şərab istehsalı mərkəzi aşkarlayıblar.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər veirr.

Artefaktlar eramızdan əvvəl II əsrdə yunan-iran monarxiyası olan
Kommagenə krallığı üçün tikilmiş qədim Kahta qalasının yaxınlığında
tapılıb.




Arxeoloqların sözlərinə görə, aşkar edilən Roma dövrünə aid
yaşayış məskəni təxminən 37 akr (təxminən 14 hektar) ərazini əhatə
edir və üzüm emalı üçün qurğular, su təchizatı üçün nəzərdə
tutulmuş sisternlər və üyüdücü daşlar daxildir.

Vilayət muzeyinin direktoru Mehmet Alkan qeyd edib ki, binanın
təməli “təəccüblü dərəcədə yaxşı” vəziyyətdə qalıb. Halbuki, o,
nizamsız formalı daşlardan tikilib.