ABŞ bir daha Alyaskada neft və qaz hasilatı ilə məşğul olmağa icazə verib.

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp administrasiyası Alyaska
sahillərində yeni neft və qaz yataqlarının işlənməsi ilə bağlı
qadağanı ləğv edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Daxili İşlər Nazirliyinin saytında
dərc olunmuş açıqlamada bildirilib.




Bildirilib ki, Alyaska sahillərində “ölkənin enerji
təhlükəsizliyini gücləndirməyə” xidmət edəcək “ABŞ-də ən
perspektivli inkişaf etməmiş enerji ehtiyatları” var.

“Daxili İşlər Nazirliyi sahil düzənliyinin 1,56 milyon akr (6,3
min kvadrat kilometrdən çox) ərazisini neft və qaz hasilatı üçün
yenidən açmaq məqsədi daşıyan bir sıra qərarlar qəbul edib və
bununla da əvvəlki administrasiya tərəfindən 2024-cü ildə qəbul
edilmiş inkişafı minimum dəyərlərlə məhdudlaşdırmaq planını ləğv
edib”, – deyə qeyd edilib.