Berlində etiraz aksiyası keçirilib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində minlərlə insan Kansler Fridrix
Mertsin “şəhər mənzərəsi” ilə bağlı açıqlamalarına etiraz olaraq
Xristian Demokratlar İttifaqının (CDU) qərargahı qarşısında aksiya
keçirib.

Trend xəbər verir
ki, bu barədə Berlin polisi məlumat yayıb.

Etirazda təxminən 2000 nəfər iştirak edib, lakin təşkilatçılar
bu rəqəmin 7500 nəfərə çatdığını bildiriblər.




“Biz qızlarıq” devizi altında keçirilən aksiya zamanı
iştirakçılar irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər. Onlar
“İrqçilik şəhər mənzərəsinin problemidir”, “Bizim problemimiz şəhər
mənzərəsi deyil, irqçilikdir” kimi ifadələrlə çıxış ediblər.

Etirazçılar Kansler Mertsin fikirlərinin cəmiyyətdə müxtəliflik
və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayıblar.