
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi “VAZ-2106” və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Nəticədə “Opel”də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova xəsarət alıblar.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


