
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan tikinti sektoruna 3,202 milyard manat
sərf olunub.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 7,4% çoxdur.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 24,5%-ə bərabər olub.
Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın
2,102 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da
2024-cü ilin ilk doqquz ayındakı göstəriciyə nəzərən 24,2% artım
deməkdir.
Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş
investisiyaların yekunda xüsusi çəkisi 16,1%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,
qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%
artıb.
Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul
istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət
sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.


