Ramil Həsən AQEM-in Baş katibi ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

17 oktyabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament
Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi
Kayrat Sarıbaya nəzakət ziyarəti edib.

Trend xəbər
verir ki, Kayrat Sarıbay Ramil Həsəni vəzifə səlahiyyətlərinin
icrasına başlaması münasibətilə təbrik edib və ona yeni vəzifəsində
uğurlar arzulayıb.

Görüşdə tərəflər iki qurum arasında uzun illər davam edən
əməkdaşlığı qeyd edərək, əməkdaşlığın mövcud vəziyyəti və gələcək
perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Hər iki tərəf maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığın
daha da gücləndirilməsinə və regional dialoqun, sülhün və
əməkdaşlığın təşviqinə yönəlmiş tərəfdaşlıq istiqamətində yeni
yolların araşdırılmasına sadiqliyini ifadə ediblər.