Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ baş verib

Baş səhifə
Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ baş verib

Filippin sahillərində 7,3 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatına görə, zəlzələnin episentri Mati şəhərindən 60 km şimal-şərqdə yerləşib, ocağı isə 62 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Qeyd eədk ki, sentyabrın 30-da baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində 72 nəfər ölüb.