Norveçli hakim ikinci dəfə Azərbaycan millisinin matçına təyinat alıb

Baş səhifə
Norveçli hakim ikinci dəfə Azərbaycan millisinin matçına təyinat alıb

Norveçli FIFA referisi Rohit Saqqi daha əvvəl də Azərbaycan millisinin matçına təyinat alıb.

“Report”un məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Fransa – Azərbaycan qarşılaşmasını idarə ədəcək 33 yaşlı hakim ikinci dəfə yığmanın oyununda iş başında olacaq.

O, 2024-cü ildə komandanın UEFA Millətlər Liqasında Slovakiya ilə Bakıda reallaşan görüşündə ədaləti qoruyub. Həmin qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Bundan əlavə, Rohit Saqqi daha əvvəl “Neftçi” klubunun avrokubok matçına təyinat alıb. 2022-ci ildə Avstriyada yerli “Rapid” kollektivi ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda norveçli hakim söz sahibi olub. “Ağ-qaralar” rəqibinə əlavə vaxtda iki cavab qolla uduzub.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.