Oslo aeroportu bu səbəbdən bağlanıb

Baş səhifə

Bakı. Trend:

Norveçin paytaxtında Oslo beynəlxalq hava limanı yaxınlıqda
naməlum pilotsuz uçuş aparatlarının (PUA) görülməsi ilə əlaqədar
müvəqqəti olaraq bağlanıb və hava reyslərini qəbul etməyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə ötən gecə baş verib. “Norwegian Air” hava
yolları şirkəti aeroporta 3dən 5-ə qədər sayda dronun yaxınlaşmaqda
olduğu barədə polis orqanlarını xəbərdar edib.




Aeroportun hava məkanında dronların aşkarlanmamasından sonra
Oslo aeroportu normal fəaliyyətini bərpa edib.

Xatırladaq ki, sentyabrın sonlarında Danimarkada bir sıra
aeroportlar oxşar dron təhlükələri ilə əlaqədar dəfələrlə
bağlanmışdı. Danimarkalı rəsmilər bunu Rusiyanın təxribatı kimi
qiymətləndirmişdi.