Azərbaycanda quraşdırılan yeni nəsil NKA-ların sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)
tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA)
tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə
ərazisində 108.631 ədəd belə NKA quraşdırılıb.

Bu barədə Trend DVX-yə istinadən xəbər verir.




Qeyd edilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların
daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin
qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə
imkan yaradıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında yeni nəsil
NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon
manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3
milyard manat, yaxud 12,7 faiz çoxdur.