
Bakı. Trend:
İtaliya A Seriyasında 6-cı turun mərkəzi matçı baş tutub.
Trend xəbər verir
ki, “Yuventus” doğma azarkeşləri önündə “Milan”ı qəbul edib. Matçda
qapılara qol vurulmadığından qalib müəyyən edilməyib – 0:0.
Hazırda turnir cədvəlində “Milan” 13 xalla 3-cü, “Yuventus” isə
12 xalla 5-ci pillədə qərar tutub.
“Yuventus” – “Milan” 0:0
“Udineze” – “Kalyarİ” 1:1
“Fiorentina” – “Roma” 1:2
“Bolonya” – “Pisa” 4:0
“Napoli” – “Genoa” 2:1

