
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 5-nə olan xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayılın Şıxəli
Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir
neçə strateji yüksəkliyi azad etdiyini açıqlayıb.
– Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya
kanalına müsahibə verib.
– Birinci vitse-prezident Mehriban Əliyevan rəsmi “İnstagram”
səhifəsində hər kəsi həqiqəti paylaşmağa dəvət edib.
– Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket
atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən
texnikasının görüntüləri.
– Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs
həlak olduğunu və 121 nəfər yaralandığını açıqlayıb.
– Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə, Göygöl və Goranboyu atəşə tutub.
– Bərdəyə atılan raket mərmisinin qəlpələrindən 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
– Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin
videogörüntüləri yayılıb.
– Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı
19 cinayət işi açılıb.
– Ermənistan Ağcabədini atəşə tutub yaralananlar olub. Düşmənin 4 “Qrad” yaylım atəşli
reaktiv sistemi məhv edilib


