Bakı. Trend:
ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında
yerləşən qocalar evində baş verən yanğın və partlayış nəticəsində
iki nəfər ölüb.
Trend xəbər verir
ki, hadisə zamanı bir neçə nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, partlayış nəticəsində binanın bir hissəsi uçub.
Yerli xilasedicilər qocalar evində yaşayan sakinləri təhlükəsiz
əraziyə təxliyə ediblər. Hadisə yerində axtarış-xilasetmə işləri
davam etdirilir.

