Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək Bakıda və Abşeron
yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava
şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən bildirilib.




Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran,
Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda
fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi
əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.