Bakı. Trend:
Britaniyaya daxil olan Emi qasırğası özüylə leysan yağışlar və
şiddətli küləklər gətirərək dəmir yolu ilə sərnişindaşımada ciddi
pozuntulara səbəb olub.
Trend bu barədə
Britaniya KİV-ə istinadən xəbər verir.
Britaniyanın Meteroloji Xidməti Şotlandiyanın şimal-qəbr
bölgəsində şənbə gününə kimi narıncı xəbərdarlıq elan edib.
Bütövlükdə ölkənin şimalında güclü külək və yağıntı ilə əlaqədar
narıncı xəbərdarlıq verilib.
Qasırğanın ən çox Şotlandiyaya ziyan vuracağı gözlənilir, artıq
ölkənin bir çox avtomagistrallarında hərəkət sürəti ilə bağlı
məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Emi qasırğasının
fəsadlarının yüz minlərlə sərnişinə təsir edəcəyi bildirilir.

